Ölkə üzrə koronavirusa yoluxma faizləri açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə üzrə koronavirusa yoluxma faizləri açıqlandı

15:02 - 16 / 06 / 2020
Ölkə üzrə koronavirusa yoluxma faizləri açıqlandı

Azərbaycanda ən çox koronavirusa yoluxma Bakıda qeydə alınıb - 50,2 %.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

Daha sonra ən çox yoluxma 12,4 %-lə Gəncə-Qazax və 12,3 %-lə Abşeronda qeydə alınıb.

Ümumilikdə, virusa yoluxma Aranda 8,8 %, Lənkəranda 7,2 %, Dağlıq Şirvanda 1,8 %, Şəki-Zaqatalada 1,7 %, Quba-Xaçmazda 1,5 %, Yuxarı Qarabağda 1,2 % təşkil edib. Yoluxmanın 2,9 %-i xaricdən gələnlərdə qeydə alınıb.

Ölkə üzrə ən az yoluxma isə 0,05 %-lə Naxçıvanda olub. 

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər