Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarlandı

11:51 - 16 / 06 / 2020
Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarlandı

Milli Məclisdə “COVİD 19” koronavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.

1news.az

Paylaş:
480

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər