Bu müəllimlərin sənədləri elektron yoxlanılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu müəllimlərin sənədləri elektron yoxlanılacaq

14:35 - 17 / 06 / 2020
Bu müəllimlərin sənədləri elektron yoxlanılacaq

Ötən illərdən fərqli olaraq mövcud karantin rejimi ilə əlaqədar cari ildə keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, elektron yerləşdirmənin nəticələri elan edildikdən sonra namizədlər iyun ayının 24-dək əmək kitabçasının yazılı qeydlər olan bütün səhifələrini, təhsil haqqında sənəd və ona əlavənin (hər iki üzünü) skan edərək vahid fayl şəklində pdf formatında və əvvəlki iş yeri ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışı skan edərək pdf formatında şəxsi səhifələrində müvafiq xanalara yükləyəcəklər.

1news.az

Paylaş:
618

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər