“Semaşko” koronavirus xəstələri üçün ayrıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Semaşko” koronavirus xəstələri üçün ayrıldı

14:59 - 17 / 06 / 2020
“Semaşko” koronavirus xəstələri üçün ayrıldı

Kliniki Tibbi Mərkəz (KTM) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

Bu barədə 1news.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Kliniki Tibbi Mərkəz pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hal-hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər", məlumatda bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
653

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər