Azərbaycanda koronavirus: 329 yeni yoluxan, 127 sağalan, 7 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: 329 yeni yoluxan, 127 sağalan, 7 ölən var

21:32 - 17 / 06 / 2020
Azərbaycanda koronavirus: 329 yeni yoluxan, 127 sağalan, 7 ölən var

Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 783 nəfərdir.

Bu gün 5 700 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 397 min 399 test aparılıb.

Qafar Ağayev 

 

Paylaş:
663

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər