Ali məktəblərə müsabiqə şərtləri məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali məktəblərə müsabiqə şərtləri məlum oldu

11:21 - 17 / 06 / 2020
Ali məktəblərə müsabiqə şərtləri məlum oldu

"Abituriyent" jurnalının 2-ci sayında 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

Dövlət İmtahan Mərkəzdindən 1news.az-a verilən məlumata görə, jurnalda, həmçinin 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan (situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların izahı, qiymətləndirmə meyarları, elmi-metodiki təhlili və statistik göstəri­ciləri də dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Qafar Ağayev

Paylaş:
509

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər