İTV-nin iki əməkdaşı koronavirusa yoluxdu

İTV-də də yoluxma şübhəsi olan əməkdalarla bağlı test verilmiş və onlardan ikisində nümunələr pozitiv çıxıb.
Bu barədə 1news.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib.
Dünya üzrə davam etməkdə olan pandemiya təhlükəsi ölkəmizdən də yan keçmir.
"Təəssüflə bildiririk ki, artıq bir çox vətəndaşın yoluxduğu müşahidə edilməkdədir. İTV-də də yoluxma şübhəsi olan əməkdalarla bağlı test verilmiş və onlardan ikisində nümunələr pozitiv çıxımışdır. Hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar. Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirilir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir".
Qafar Ağayev
473