DİM: Hərarəti yüksək olan 4 şagird imtahana buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM: Hərarəti yüksək olan 4 şagird imtahana buraxılmayıb

15:46 - 18 / 06 / 2020
DİM: Hərarəti yüksək olan 4 şagird imtahana buraxılmayıb

Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

1news.az-a DİM-dən verilən məlumata görə, ilkin məlumatlara əsasən 4 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

S.Xankişiyeva

Paylaş:
472

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər