Azərbaycanda koronavirus: 338 yoluxan, 117 sağalan, 6 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: 338 yoluxan, 117 sağalan, 6 ölən var

18:41 - 18 / 06 / 2020
Azərbaycanda koronavirus: 338 yoluxan, 117 sağalan, 6 ölən var

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 100 koronavirus testi aparılıb.

Qafar Ağayev 

Paylaş:
711

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər