Sərhədlərin bağlı qalma müddəti uzadıldı - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhədlərin bağlı qalma müddəti uzadıldı - RƏSMİ

19:51 - 18 / 06 / 2020
Sərhədlərin bağlı qalma müddəti uzadıldı - RƏSMİ

Sərhədlərin bağlı qalma müddəti avqustun 1-dək uzadılır.

1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva deyib.

Onun sözlərinə görə, bəzi ölkələrin Azərbaycana aviareysləri bərpa edilməsi ölkələr arassında razılıq əsasında həyata keçirilə bilər: "Artıq xarici ölkələrdə müvəqqəti olan vətəndaşların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Mərhələli halda vətəndaşlar Azərbaycana gətirilir. Bunun karantin rejimində dayandırılması gözlənilmir. Amma sərhədlər avqtun 1-dək bağlı olacaq. Beynəlxalq reyslər isə qarşılıqlı razılıq əsasında bərpa oluna bilər".

Qafar Ağayev 

Paylaş:
846

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər