Tovuzda 27 yaşlı gənci cərəyan vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda 27 yaşlı gənci cərəyan vurub öldürdü

10:12 - 18 / 06 / 2020
Tovuzda 27 yaşlı gənci cərəyan vurub öldürdü

İyunun 17-də Tovuz rayonunda 1993-cü il təvəllüdlü Tacəddin Həsənovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla T.Həsənovun Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, rayon sakini Rafiq Əliyevə məxsus fərdi yaşayış evində suvaq işləri aparan zaman ehtiyatsızlıqdan elektrik naqillərinin üzərinə su atması nəticəsində elektrik cərəyanı vurmasına məruz qalaraq ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
523

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər