Azərbaycanda koronavirus xəstələri üçün çarpayı yetərlidir? - TƏBİB rəsmisindən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus xəstələri üçün çarpayı yetərlidir? - TƏBİB rəsmisindən AÇIQLAMA

13:31 - 18 / 06 / 2020
Azərbaycanda koronavirus xəstələri üçün çarpayı yetərlidir? - TƏBİB rəsmisindən AÇIQLAMA

"Son günlərdə karantin rejiminin yumşaldılmasına gedildikdən sonra yoluxmaların sayının artacağı heç kimə sirr deyildi. Təbii ki, biz bu rəqəmləri gözləyirdik".

1news.az xəbər verir ki, bu sözləri  TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. V.Əliyev bildirib ki, o baxımdan insanlara çağırışlar edilirdi, sosial məsafənin qorunmasını, maska taxmanın vacibliyini, eyni zamanda  şəxsi gigiyena qaydalarına riayət edilməsini hər zaman tövsiyə edilib.

“Ancaq buna baxmayaraq yoluxma hallarının sayında artım oldu. Bu sadəcə bizim təstiq etdiyimiz rəqəmlərdi. Qaydalara əməl edən vətandaşlarımızla yanaşı, koronavirusa inanmayan insanlarımız da kifayət qədərdir. Bəzi insanlar həkimə müraciət etmirlər. Koronavirusa yoluxub özünü evdə müalicə edənlər var. Onlar xəstəliklərini gizlədirlər və gec dönəmdə müraciət edirlər. Bu isə biz həkimlərin işini çətinləşdirir. Əgər yoluxma ilə bağlı vaxtında müraciət olunsa, xəstənin müalicəsi də asanlaşar, ölüm faizi də aşağı düşər. Təəssüflər olsun ki, insalarımız  xəstəliyi həm həkimlərdən, həm də öz yaxınlarından gizlədirlər. Bu baxımdan hər bir insan potensial bir virus daşıyıcısı olur”.

“Azərbaycanda yetəri sayda xəstəxana var, hətta biz hər cür vəziyyətə hazır olmaq üçün qısa zaman ərzində modul tipli xəstəxanalar yaratdıq, eləcə də “Yeni Klinika” zamanından öncə istifadəyə verildi” – deyən, TƏBİB rəsmisi bildirib:

“Hazırda bu xəstəxanalarda sırf koronavirus xəstlələri müalicə alır. Müalicə alan insanlardan artıq xeyli sayda evə göndərilən insanlarımız var. Ancaq buna baxmayaraq gələcəkdə xəstəliyin artması bizə xəstələr üçün yer problemi yaşada bilər. Bu problem təkcə bizdə deyil, Avropa ölkələrində də yaşanır. Buna görə də biz vəziyyəti idarə olunan formada saxlamaq üçün həftəsonu karantinlərinə qərar verdik. Əgər gələcəkdə yoluxma sayı kəskin artarsa, dövlət xəstaxanaları ilə bərabər, özəl xəstəxanalar da bu prosesə cəlb oluna bilər. Xəstəliyi simptomsuz və yüngül keçirən xəstələrin evdə müalicəsi də aparıla bilər”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən xəstəxanaların adlarını açıqlayıb. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 saylı Kliniki Tibbi Mərkəz, Azərsu Tikinti Xəstəxanası, Göyçay Rayon Mərkəzi Xəstəxanası, Salyan Rayon Mərkəzi Xəstəxanası, Xızı Rayon Mərkəzi Xəstəxanası, Qusar Rayon Mərkəzi Xəstəxanası, Ucar Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası, Zərdab Rayon Mərkəzi Xəstəxanası, Gəncə Dəmiryol Xəstəxanasında Koronaviruslu xəstələrin müalicəsi aparılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 7-də Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana quraşdırılması ilə bağlı sərəncam imzalayıb. Həmin xəstəxanalardan 4-nün açılışı olub. 

Qafar Ağayev

Paylaş:
891

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər