Növbəti buraxılış imtahanları: 3 nəfər yüksək hərarətə görə imtahana buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti buraxılış imtahanları: 3 nəfər yüksək hərarətə görə imtahana buraxılmadı

16:26 - 19 / 06 / 2020
Növbəti buraxılış imtahanları: 3 nəfər yüksək hərarətə görə imtahana buraxılmadı

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 19-da ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

1news.az-a DİM-dən verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 3 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

S.Xankişiyeva

 

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər