Azərbaycanda koronavirus: 438 nəfər yoluxan, 133 sağalan, 4 ölən var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: 438 nəfər yoluxan, 133 sağalan, 4 ölən var - FOTO

21:40 - 19 / 06 / 2020
Azərbaycanda koronavirus: 438 nəfər yoluxan, 133 sağalan, 4 ölən var - FOTO

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 976 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 410 475 test aparılıb.

Qafar Ağayev 

Paylaş:
842

Son xəbərlər

Bütün xəbərlər