Ülvi Mehdiyev SMS-icazədən sui-istifadə edənlərə müraciət etdi

Aprel ayının ilk günlərində SMS icazə ilə bağlı göndərilən mesajların 60 faizi zəruri ehtiyaclarla bağlı deyildi.
1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Ü.Mehdiyev deyib ki, həmin vaxt gün ərzində 1 milyon SMS gəlib, orta hesabla 20 saniyə ərzində SMS-ə cavab verilib: “Maksimum 1 dəqiqə ərzində SMS-ə bağlı icazə müraciətinə cavab verilirdi. SMS icazə xidmətindən sui-istifadəyə görə qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
S.Xankişiyeva
699