Xaricdən qayıdan vətəndaşlar evə gəlmək üçün necə icazə alacaq? - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdən qayıdan vətəndaşlar evə gəlmək üçün necə icazə alacaq? - RƏSMİ

11:52 - 20 / 06 / 2020
Xaricdən qayıdan vətəndaşlar evə gəlmək üçün necə icazə alacaq? - RƏSMİ

"Bildiyiniz kimi yaxın zamanlarda bəzi ölkələrlə xüsusi aviareyslərin həyata keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, sərt karantin dövründə xaricdən gələnlərin vətəndaşların SMS icazə almağa ehtiyac yoxdur".

1news.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, xaricdən gələn vətəndaşların pasportlarına sərhəd xidməti tərəfindən vurulan ştap icazə hesab olunur.

Daxili uşuşlara gəlincə isə Ü.Mehdiyev bildirib ki, vətəndaşlar biletlərini göstərməklə hava limanına gedə biləcəklər.

1news.az

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər