Torpaq yolla rayonlara getmək istəyənlər xüsusi texniki vasitələrlə cərimələnəcək – DYP-dan xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Torpaq yolla rayonlara getmək istəyənlər xüsusi texniki vasitələrlə cərimələnəcək – DYP-dan xəbərdarlıq

11:56 - 20 / 06 / 2020
Torpaq yolla rayonlara getmək istəyənlər xüsusi texniki vasitələrlə cərimələnəcək – DYP-dan xəbərdarlıq

Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə cərimələnəcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

“Həmin cihazlar karantin postları istiqamətində olan yollarda quraşdırılacaq, karantin postlarında həmin avtomobillər qeydə alınmasa, torpaq yollarda dərhal qeydə alınıb cərimələnəcəklər. Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər”.

S.Xankişiyeva

 

Paylaş:
746

Son xəbərlər

Bütün xəbərlər