Azərbaycanda daha 491 nəfər koronavirusa yoxulub, 283 nəfər sağalıb, 6 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 491 nəfər koronavirusa yoxulub, 283 nəfər sağalıb, 6 nəfər ölüb

20:55 - 21 / 06 / 2020
Azərbaycanda daha 491 nəfər koronavirusa yoxulub, 283 nəfər sağalıb, 6 nəfər ölüb

Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4 947 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 049 test aparılıb.

Qafar Ağayev 

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər