Azərbaycanda koronavirus: 478 yoluxan, 369 sağalan, 7 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: 478 yoluxan, 369 sağalan, 7 ölən var

20:23 - 22 / 06 / 2020
Azərbaycanda koronavirus: 478 yoluxan, 369 sağalan, 7 ölən var

Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Belə ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu gün 4 345 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 426 min 394 test aparılıb.

Qafar Ağayev 

Paylaş:
746

Son xəbərlər

Bütün xəbərlər