Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq

13:33 - 23 / 06 / 2020
Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq

24 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, 24 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz  31-36, Bakıda  gecə 22-24, gündüz  33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz  35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz  mülayim cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq. 

24 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında   şimşək çaxacağı,  yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 20-25, gündüz 35-39, dağlarda gecə 12-17, gündüz  22-27 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

S.Xankişiyeva

 

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər