Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu

17:08 - 23 / 06 / 2020
Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq əlil arabasından qurtulub.

Trend-in məlumatına görə, Cavid Həsənlinin xəstəliyi 7 yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. 3-cü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda 4 dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub. Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.

S.Xankişiyeva

 

 

 

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər