Azərbaycanda koronavirus: 508 yoluxan, 335 sağalan, 6 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: 508 yoluxan, 335 sağalan, 6 ölən var

19:34 - 23 / 06 / 2020
Azərbaycanda koronavirus: 508 yoluxan, 335 sağalan, 6 ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6464, ötən müddət ərzində isə ümumilikdə 432 858 test aparılıb.

Qafar Ağayev 

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər