Beyləqanda avtomobil su kanalına düşdü - 1 nəfər öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda avtomobil su kanalına düşdü - 1 nəfər öldü

13:05 - 24 / 06 / 2020
Beyləqanda avtomobil su kanalına düşdü - 1 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi meyiti aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər