Bugünkü imtahanların nəticəsi nə zaman bilinəcək? - DİM-dən Açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Bugünkü imtahanların nəticəsi nə zaman bilinəcək? - DİM-dən Açıqlama

16:33 - 24 / 06 / 2020
Bugünkü imtahanların nəticəsi nə zaman bilinəcək? - DİM-dən Açıqlama

Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış (qəbul) imtahanlarının nəticələri və imtahan protokollarının və cavab vərəqlərinin emalına sabahdan başlanılacaq.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qafar Ağayev 

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər