Eldar Əzizov: Bakı Avropanın ən böyük şəhərlərindən biridir | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Əzizov: Bakı Avropanın ən böyük şəhərlərindən biridir

17:21 - 24 / 06 / 2020
Eldar Əzizov: Bakı Avropanın ən böyük şəhərlərindən biridir

“Özünəməxsus spesifik vaxtda yaşayırıq. 3 aydan çoxdur ki, ölkəmizdə karantin elan olunub. Təbiidir ki, yeni yaranmış vəziyyət Bakı şəhər və rayon İcra Hakimiyyətlərinin təsərrüfat strukturları qarşısında yeni vəzifələr qoyub”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xəzər TV-yə müsahibəsində deyib.

O bildirib ki, Bakı ərazi baxımından Avropanın ən böyük şəhərlərindən biridir:

"Bu ərazidə landşaft da, kontingent də fərqlidir. Buna baxmayaraq, strukturlarımız yeni çağırışlara hazır olub. Çünki dövlət dəstəyi ilə güclü maddi texniki baza yaradılıb. Hər gün 2 mindən çox adam dezinfeksiya işlərinə cəlb olunur. Avropanın heç də bütün şəhərlərində bu həcm və formatda dezinfeksiya işi aparılmır”.

S.Xankişiyeva

 

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər