TƏBİB-in bəzi səlahiyyətləri Səhiyyə Nazirliyinə verildi - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-in bəzi səlahiyyətləri Səhiyyə Nazirliyinə verildi - RƏSMİ

09:59 - 24 / 06 / 2020
TƏBİB-in bəzi səlahiyyətləri Səhiyyə Nazirliyinə verildi - RƏSMİ

"103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım xidməti müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabelyində olacaq.

1news.az xəbər verir ki, Bunu Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, bu, yalnız pandemiya dövrünə aiddir.

R.Əliyeva TƏBİB-in strukturunda bir dəyişikliyin olmadığını da söyləyib.

Qeyd edək ki, "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və poliklinikalar bu ilin əvvəlindən TƏBİB-in tabeliyindədir.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bütün xəbərlər