Koronavirus Azərbaycanda: 547 yeni yoluxan, 6 ölən, 291 sağalan var - RƏSMİ

25 iyuna olan koronavirus statistikası açıqlanıb.
1news.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Ümumilikdə Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı 180-ə çatıb
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7274 test aparılıb.
Qafar Ağayev
756