Bu ilin sonunadək peyvənd hazır olacaq – ÜST | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin sonunadək peyvənd hazır olacaq – ÜST

17:34 - 25 / 06 / 2020
Bu ilin sonunadək peyvənd hazır olacaq – ÜST

“Pandemiyanın sürəti artır. Avropada vəziyyət yaxşılığa doğru gedir. Ancaq dünya üzrə ümumilikdə vəziyyət yaxşı deyil”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Bu ilin sonunadək peyvənd tibb işçiləri və həssas qrupdan olan insanlar üçün əlçatan olacaq.Ümid edirəm ki, peyvənd 2020-ci ilin sonunda tibb işçiləri üçün əlçatan olacaq”.

S.Xankişiyeva

 

Paylaş:
791

Son xəbərlər

Bütün xəbərlər