Sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə icazə verilən işçi sayı azaldıldı

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işçi sayına dəyişiklik edilib
Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
S.Xankişiyeva
870