Bu günün statistikası: daha 517 nəfərdə COVID-19-a aşkarlanıb, 7 nəfər vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: daha 517 nəfərdə COVID-19-a aşkarlanıb, 7 nəfər vəfat edib

17:57 - 26 / 06 / 2020
Bu günün statistikası: daha 517 nəfərdə COVID-19-a aşkarlanıb, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına  517  yeni yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 15369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6980, ötən müddət ərzində isə ümumilikdə 456215 test aparılıb.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
868

Son xəbərlər

Bütün xəbərlər