Azərbaycanda 27 iyuna olan koronavirus statistikası AÇIQLANDI - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 27 iyuna olan koronavirus statistikası AÇIQLANDI - FOTO

17:56 - 27 / 06 / 2020
Azərbaycanda 27 iyuna olan koronavirus statistikası AÇIQLANDI - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 521 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 15 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6 978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 646, ötən müddət ərzində isə ümumilikdə 461 861 test aparılıb.
 
Qafar Ağayev
Paylaş:
1065

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər