AZAL vətəndaşları sosial şəbəkələrdə təxribat xarakterli məlumatlara uymamağa çağırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL vətəndaşları sosial şəbəkələrdə təxribat xarakterli məlumatlara uymamağa çağırıb

11:23 - 27 / 06 / 2020
AZAL vətəndaşları sosial şəbəkələrdə təxribat xarakterli məlumatlara uymamağa çağırıb

Daha əvvəl xəbər verildiyi kimi, 26 iyun tarixində AZAL Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb. Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılıb.

"Azərbaycan Hava Yolları" QSC-dən 1news.az-a verilən məlumata görə, rəsmi olaraq bildirilir ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir:

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.

Qafar Ağayev

Paylaş:
746

Son xəbərlər

Bütün xəbərlər