Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı

10:38 - 29 / 06 / 2020
Bakıda polisin restoranda reydi zamanı müştəri özünü 3-cü mərtəbədən atdı

Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb.

O, ağır vəziyyətdə - boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

S.Xankişiyeva

 

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər