Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokuror təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokuror təyin edilib

14:24 - 30 / 06 / 2020
Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokuror təyin edilib

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

1news.az-ın verdiyi xəbərə görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

Bundan başqa Fuad Məmmədova Şirvan şəhərinin prokuroru vəzifəsinin icrası, Müqəddəs Sultanova isə Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası həvalə edilib.

S.Xankişiyeva

 

Paylaş:
525

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər