Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsi xəbərləri ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsi xəbərləri ilə bağlı məlumat yaydı

15:28 - 30 / 06 / 2020
Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsi xəbərləri ilə bağlı məlumat yaydı

Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

AMB-dən 1news.az-a verilən məlumata görə, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməmişdir. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.

Media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək həqiqətən də belə faktlarla rastlaşarlarsa dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edirik.

Qafar Ağayev

Paylaş:
469

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər