Azərbaycanda 30 iyuna olan koronavirus statistikası AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 556 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 17524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib, 6 978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6645, ötən müddət ərzində isə ümumilikdə 482107 test aparılıb.
Qafar Ağayev
711