Operativ Qərargah: Xüsusi karantin rejimi uzadıla bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Operativ Qərargah: Xüsusi karantin rejimi uzadıla bilər

18:16 - 30 / 06 / 2020
Operativ Qərargah: Xüsusi karantin rejimi uzadıla bilər

"5 iyul tarixindən etibarən karantin rejiminin daha 2 həftə uzadılması fikirləşilir".

1news.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın keçirilən brifinqində deyib.O bildirib ki, Burada məqsəd koronavirusla müharibədə vətəndaşlarımızın sağlığı, təhlükəsizliyinin qorunmasıdır.

“Bu gün sevindirici haldır ki, Azərbaycanda  koronavirusdan ölüm halları çox deyil. Amma heç də biz bu riskdən xilas olmamışıq. Bu təhlükə hələ də davam etməkdədir. Bu qəbildən olan xüsusi karantin rejiminin tətbiqi də məhz yoluxma ilə əlaqədar olan rəqəmlərin tənzimlənməsi, sıçrayışların qarşının alınması, müəyyən bir çərçivədə nəzarətdə saxlamaqdır”.

Qafar Ağayev

Paylaş:
731

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər