Nazirlik: Bu şəxslərin evdən çıxmasına icazə verilmir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Bu şəxslərin evdən çıxmasına icazə verilmir

18:31 - 30 / 06 / 2020
Nazirlik: Bu şəxslərin evdən çıxmasına icazə verilmir

“Ev şəraitində müşahidə və müalicə ancaq simptomsuz və koronavirusun yüngül əlamətləri olan şəxslər üçün nəzərdə tutulur”.

1news.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

Zeynalov deyib ki, simptomsuz xəstələrin müalicəsi, yüngül əlamətləri olan xəstələrin isə əsasən vitaminlərlə təchiz olunması nəzərdə tutulur: “Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş şəxslərə çatdırılması nəzərdə tutulur. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir, dərman təchizatı təmin olunacaq”.

Qafar Ağayev

Paylaş:
647

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər