Hikmət Hacıyev: “Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: “Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir”

18:38 - 30 / 06 / 2020
Hikmət Hacıyev: “Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir”

"BMT baş katibi tərəfindən COVİD-19-la bağlı qlobal atəşkəs elan olunması təşəbbüsü irəli sürülüb.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan beynəlxalq sülh təşəbbüslərini dəstəkləyir: “Ancaq yalnız atəşkəs kifayət deyil. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs əldə olunsa da, sülhə nail olunmayıb. Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir. Atəşkəsə olan çağırışlarla bərabər, BMT Nizamnaməsindəki tələb və prinsiplərin həyata keçirilməsi, işğala son qoyulması təmin olunmalıdır. Koronavirus pandemiyası dövründə bu, daha aktualdır”.

Qafar Ağayev

Paylaş:
594

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər