Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi - VİDEO

09:31 - 30 / 06 / 2020
Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi - VİDEO

Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.

1news.az xəbər verir ki, Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin 4 postu qurulub.

Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.

Abşeron rayon DYPŞ-nin baş inspektorunun APA-ya verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimə edilib.

Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.

1news.az

Paylaş:
549

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər