Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb

13:04 - 01 / 07 / 2020
Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb

Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmasına dəstəyin verilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef Əl-Osaymin tərəfindən ünvanlanmış müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 300 min ABŞ dolları məbləğində vəsait ayrılıb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, sözügedən təşkilat BMT Baş Assambleyasının müvafiq qərarı ilə Fələstinlilərə birbaşa yardımın göstərilməsi və sosyal xidmətlərin təmin edilməsi məqsədilə 1949-cu ildə təsis edilib.

UNRWA-nın əsas fəaliyyət sahələrinə səhiyyə, təhsil, humanitar yardım, sosial xidmətlər, düşərgələrin qurulması, infrastruktur və mikro maliyyələşmənin təmin edilməsi istiqmətlərində müvafiq layihələrin həyata keçirilməsi daxildir. Hazırda COVID-19 pandemiyasının yayılması və törətdiyi fəsadlarla əlaqədar olaraq, Fələstinə humanitar yardımın göstərilməsinə ehtiyac yaranmışdır.

Qafar Ağayev

Paylaş:
629

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər