Ağcabədidə 7 tona yaxın istehlaka yararsız ət aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə 7 tona yaxın istehlaka yararsız ət aşkar edildi

14:42 - 01 / 07 / 2020
Ağcabədidə 7 tona yaxın istehlaka yararsız ət aşkar edildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən növbəti əməliyyat keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada istifadəyə yarasız ət məhsullarının kəsimi və satışının həyata keçirməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “AGRO-MEAT” MMC-nin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Ələkbərov Namiq Oktay oğlu, həmin müəssisəni icarəyə götürən Vəliyev Ehtiram İldırım oğlu, İsmayılov Cavid Qubad oğlu və digərlərinin qabaqcadan əlbir olaraq “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada insan həyatı və sağlamlığı üçün zərərli olan ət məhsullarının kəsimi və satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Belə ki, baxış zamanı qeyd olunan kəsimxanada 6890 kq çəkidə ət məhsulu aşkar edilmiş, həmin məhsullardan götürülmüş nümunələr Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında müayinə olunaraq yararsız kimi qiymətləndirilmiş, ət nümunələrinin xəstə, ölmüş heyvan əti olması və istehlak üçün uyğun olmaması müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd) və 200.2.3 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qafar Ağayev

Paylaş:
376

Son xəbərlər

Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır - FOTO14 / 06 / 2021, 20:12“Ölkədə vaksinasiya: vaksin vurdurmağın üstünlükləri” – “Çıxışa doğru”da MÜZAKİRƏ14 / 06 / 2021, 19:23Azərbaycan əhalisinin sayı açıqlanıb14 / 06 / 2021, 18:02Uelsli futbolçuların Bakı gəzintisi - VİDEO14 / 06 / 2021, 17:54BNA və DYP AVRO-2020 ilə bağlı vətəndaşlara müraciət etdi14 / 06 / 2021, 17:51Monteneqro və Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub14 / 06 / 2021, 17:47Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub14 / 06 / 2021, 17:39Son 30 ildə Ermənistanı tərk edən ermənilərin sayı açıqlanıb14 / 06 / 2021, 17:36Küveyti qum fırtınası iflic etdi - VİDEO14 / 06 / 2021, 17:31AQTA quş qripi ilə bağlı 40-dan çox ölkəyə məhdudiyyət tətbiq etdi14 / 06 / 2021, 17:28Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib - FOTO14 / 06 / 2021, 17:25Milli Qəhrəman Polad Həşimovun qızı məzun oldu: “İmtahan nəticəm çıxanda atam əhvalımı daha da yüksəldirdi”14 / 06 / 2021, 17:14“Zəngəzur dəhlizi regionun tranzitlogistika potensialını artıracaq” - Mikayıl Cabbarov14 / 06 / 2021, 17:11Bakıda yük maşını aşdı, qarpızlar yola dağıldı - VİDEO14 / 06 / 2021, 17:06Ötən həftə minadan təmizlənən ərazinin sahəsi açıqlandı - STATİSTİKA14 / 06 / 2021, 16:53Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub14 / 06 / 2021, 16:41“Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu” - Sevinc Fətəliyeva14 / 06 / 2021, 16:24Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib14 / 06 / 2021, 16:09Prezident Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub14 / 06 / 2021, 16:06“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir14 / 06 / 2021, 16:02
Bütün xəbərlər

Next TV