Azərbaycanda quraqlıq gözlənilir - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda quraqlıq gözlənilir - XƏBƏRDARLIQ

17:34 - 01 / 07 / 2020
Azərbaycanda quraqlıq gözlənilir - XƏBƏRDARLIQ

Azərbaycanda bu il iyul-avqust aylarında quraqlığın müşahidə ediləcəyi gözlənilir.

1news.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, iyulun 20-dən avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir.

M.Həsənov əlavə edib ki, belə quraq illər Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib. Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən - bir müşahidə edilir. Lakin yay aylarında cənub hava kütlələrinin - həm tropik siklonların, həm Şimali Afrikada - Ərəbistan üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.

Direktor müavini bildirib ki, adətən, yay aylarında Azərbaycan ərazisində yağıntının az düşməsi müşahidə edilir. Bu il isə yağıntıların daha da az olacağı gözlənilir. Bununla yanaşı, qlobal iqlim dəyişmələri fonunda Azərbaycanda havanın temperaturunun yüksəlməsi müşahidə edilir ki, bu da bir tərəfdən quraqlıqların daha çox olacağını şərtləndirir:

"Əgər havanın sutkalıq temperaturu normadan 4-5 dərəcə yüksək olursa, isti külək əsirsə, havanın nisbi rütubəti 30 faiz və daha aşağı olursa, onda belə hava şəraiti quraq adlanır. Quraqlıqların yaranmasının əsas səbəbi iqlim amilləri, xüsusilə temperaturun yüksəlməsidir. Azərbaycanda son 30 ildə - təxminən 1990-cı ildən indiyədək havanın orta illik temperaturu çoxillik iqlim normasına nisbətən 0,6,-15, dərəcə yüksəlib".

M.Həsənov qeyd edib ki, Azərbaycanın ən quraq ərazisi olan Kür-Araz ovalığındakı Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Ucar, Biləsuvar və s. rayonlar ölkəmizin əsas kənd təsərrüfatı rayonlarıdır.

Alim hesab edir ki, bu rayonlarda quraqlıq müahidə edilərsə və su ehtiyatları azalarsa, bu, kənd təsərrüfatına mənfi təsir göstərəcək: "Yay aylarında bitkilərin vegetasiyasının daha sürətlə getdiyi bir dövrdə quraqlığın olması kənd təsərrüfatına öz mənfi təsirini göstərəcək. Təbii ki, bu təbiət hadisəsi olduğundan ona qarşı qabaqlayıcı effektli tədbirlər görmək mümkün deyil.

1news.az

Paylaş:
427

Son xəbərlər

Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır - FOTO14 / 06 / 2021, 20:12“Ölkədə vaksinasiya: vaksin vurdurmağın üstünlükləri” – “Çıxışa doğru”da MÜZAKİRƏ14 / 06 / 2021, 19:23Azərbaycan əhalisinin sayı açıqlanıb14 / 06 / 2021, 18:02Uelsli futbolçuların Bakı gəzintisi - VİDEO14 / 06 / 2021, 17:54BNA və DYP AVRO-2020 ilə bağlı vətəndaşlara müraciət etdi14 / 06 / 2021, 17:51Monteneqro və Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub14 / 06 / 2021, 17:47Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub14 / 06 / 2021, 17:39Son 30 ildə Ermənistanı tərk edən ermənilərin sayı açıqlanıb14 / 06 / 2021, 17:36Küveyti qum fırtınası iflic etdi - VİDEO14 / 06 / 2021, 17:31AQTA quş qripi ilə bağlı 40-dan çox ölkəyə məhdudiyyət tətbiq etdi14 / 06 / 2021, 17:28Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib - FOTO14 / 06 / 2021, 17:25Milli Qəhrəman Polad Həşimovun qızı məzun oldu: “İmtahan nəticəm çıxanda atam əhvalımı daha da yüksəldirdi”14 / 06 / 2021, 17:14“Zəngəzur dəhlizi regionun tranzitlogistika potensialını artıracaq” - Mikayıl Cabbarov14 / 06 / 2021, 17:11Bakıda yük maşını aşdı, qarpızlar yola dağıldı - VİDEO14 / 06 / 2021, 17:06Ötən həftə minadan təmizlənən ərazinin sahəsi açıqlandı - STATİSTİKA14 / 06 / 2021, 16:53Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub14 / 06 / 2021, 16:41“Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu” - Sevinc Fətəliyeva14 / 06 / 2021, 16:24Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib14 / 06 / 2021, 16:09Prezident Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub14 / 06 / 2021, 16:06“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir14 / 06 / 2021, 16:02
Bütün xəbərlər

Next TV