Bayram Nurlu cərimələnib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram Nurlu cərimələnib – VİDEO

14:00 - 02 / 07 / 2020
Bayram Nurlu cərimələnib – VİDEO

Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib. O, törətdiyi inzibati xətanı etiraf edib və bu hərəkətindən peşman olduğunu bildirib.

S.Xankişiyeva

 

Paylaş:
2932

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər