Bakıda yaşayış yerini tərk edən koronavirus xəstəsi mağazada saxlanılıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış yerini tərk edən koronavirus xəstəsi mağazada saxlanılıb – VİDEO

10:54 - 02 / 07 / 2020
Bakıda yaşayış yerini tərk edən koronavirus xəstəsi mağazada saxlanılıb – VİDEO

Bakının Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini, 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
518

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər