SMS icazə ilə evdən çıxan şəxs avtomobil nömrəsini də yazmalıdır? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

SMS icazə ilə evdən çıxan şəxs avtomobil nömrəsini də yazmalıdır? - AÇIQLAMA

12:26 - 02 / 07 / 2020
SMS icazə ilə evdən çıxan şəxs avtomobil nömrəsini də yazmalıdır? - AÇIQLAMA

Bakı və bakıətrafı ərazilərdə karantin postlarının götürülməsindən sonra 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur.

1news.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev öz "Facebook" profilində yazıb.

Onun sözlərinə görə, sistemlə əlaqəli hər hansı bir yenilik olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək: "Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur".

Qafar Ağayev

Paylaş:
1192

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər