ATV-nin aparıcısı: “Bu gün səhər anamın “artıq nəfəs ala bilmirəm” kəlməsilə oyandım”

“Bu gün səhər anamın "artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım. Anam da COVİD-19 dan əziyyət çəkir”.
1news.az xəbər verir ki, bunu Azad Azərbaycan Televiziyasının (ATV) aparıcısı Pərvin Əsgərli öz “Facebook” hesabında yazıb.
O bildirib ki, neçə gündür ki, evdə müalicə etdirirlər.
“Evdək ihalyasiya aparatı ilə yatıb durur. Amma yenə də nəfəs almaqda əziyyət çəkir. Bu zəhrimar nəfəs onu da sınağa çəkir. Əgər hələ də inanmayanlar varsa, lütfən inanın.Ən doğmam Anam bu dəqiqə ölüm-dirim savaşı verir. Allah onu mənə çox görməsin. Bəli, böyük əksəriyyət ayaqüstə keçirir, amma bir qisim insan ən ağır simptomlarla mübarizə aparır bu xəstəlikdə. Ən yaxşı halda qalıcı fəsadlar.
“Ən pis halın adını dilimə belə gətirmək istəmirəm, amma istəklərin bir önəmi qalmayıb artıq” – deyə, P.Əsgərli fikirlərinə əlavə edib: “Səhhətimizə və ətrafımıza biganəliyimiz sonumuz ola bilər!”.
Qafar Ağayev