Sabahın havası: temperatur 36 dərəcəyə çatacaq, dolu düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: temperatur 36 dərəcəyə çatacaq, dolu düşəcək

14:06 - 03 / 07 / 2020
Sabahın havası: temperatur 36 dərəcəyə çatacaq, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayının 4-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 30-34, Bakıda gecə 21-23, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.  

Havanın temperaturu  gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, İyulun 4-də Abşeron yarımadasında sabit hava şəraiti və  iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

1news.az

Paylaş:
667

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər