Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

15:33 - 03 / 07 / 2020
Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılması ilə bağlı tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi müvəqqəti təxirə salınır.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, prosesin təxirə salınması bu müddət ərzində tələb olunan bəzi sənədlərin tələbələr tərəfindən əldə edilməsində yaranacaq çətinliklərlə bağlıdır.

Tələbələrin köçürülməsi üzrə yeni qeydiyyat tarixlərinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Qafar Ağayev

Paylaş:
687

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər