Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları bu tarixlərdə işləməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları bu tarixlərdə işləməyəcək

16:34 - 03 / 07 / 2020
Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları bu tarixlərdə işləməyəcək

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyulun 20-dək həftəsonları Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət dayandırılacaq.

Bu barədə 1news.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 4, 5, 11, 12, 18 və 19 iyul tarixlərində hərəkətdə olmayacaq.

S.Xankişiyeva

 

Paylaş:
715

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər